Bakı -2˚C Showers

Rusiya Kabilə humanitar yardımın ilk hissəsini göndərəcək

Gündəm 12:02 18 noy, 2021

"Buraya ərzaq, dərman və zəruri mallar daxildir"

Rusiya Kabilə humanitar yardımın ilk hissəsini göndərəcək

Rusiyanın Kabildəki səfiri Dmitri Jirnov "İzvestiya" qəzetinə bildirib ki, Rusiya Əfqanıstana humanitar yardımın ilk partiyasını göndərəcək. Humanitad yardıma 36 ton ərzaq, dərman və zəruri mallar daxildir.

Qazet.az xəbər verir ki, bu barədə Tass agentliyinə istinadən xəbər verir.

"Rusiya Müdafiə Nazirliyinin həyata keçirdiyi xüsusi uçuşlar Əfqanıstana Fövqəladə Hallar Nazirliyi tərəfindən hazırlanmış humanitar yüklərin böyük partiyasını çatdıracaq. Buraya ərzaq, dərman və zəruri mallar daxildir. 36 tonluq ilk partiya noyabrın 18-də çatdırılacaq. Daha sonra iki göndəriş olacaq. Ümumilikdə, 100 tondan çox humanitar yardım çatdırılacaq”, deyə Rusiya nümayəndəsi qeyd edib.

Diplomatın sözlərinə görə, "Taliban" yardımın ehtiyacı olanlar arasında bölüşdürüləcəyin bildirib. "Bu vacibdir. Əfqan hakimiyyəti başa düşür ki, istənilən səhv onların xarici maliyyəçilərlə gələcək işini ciddi şəkildə çətinləşdirəcək", deyə Jirnov vurğulayıb.