Bakı -12˚C Flurries

“Rusiya kanallarını boykot edin”

Maraqlı 09:32 25 okt, 2022
“Rusiya kanallarını boykot edin”

Sosial şəbəkə paylaşımları ilə diqqət çəkən bəstəkar-müğənni Muad Arif növbəti dəfə gündəmə gəlib.

Qazet.az xəbər verir ki, sənətçi feysbukda bu fikirləri qeyd edib:

“Hörmətli “Kabel TV”lərimiz, rus kanallarında torpaqlarımızı erməniyə yazırlar, mədəniyyətimizi erməniyə yazırlar, adımızı aqressor çıxardırlar, erməniləri hər mövzuda, hər verilişdə təbliğ və müdafiə edirlər, idmanda belə “Qarabağ” FK-nın adını çəkmirlər, Azərbaycanı bacardıqları qədər əskildirlər, alçaldırlar. “Kabel tv”lərimiz niyə ödəniş edərək Azərbaycan əhalisinə həmin kanalları nümayiş edir? Demirsiniz, internet dövrüdür, baxan internetdən baxacaq? Demirsiniz, kanalların kuratorları, havadarları ermənidir? Rusiyanın mövqeyi deyil. “Ok”. O zaman həmin kanalları blok, boykot edin getsin... Bizim də xalq olaraq heysiyyatımız, qürurumuz var axı?!”

“Rusiya kanallarını boykot edin”