Rusiya Kiyev vilayətini yenidən atəşə tutdu
Gündəm
09:40 13 okt, 2022
Rusiya ordusu Ukraynanın Kiyev vilayətini yenidən atəşə tutub.
Qazet.az xəbər verir ki, bu barədə məlumatı vilayətin Hərbi Administrasiyasının rəhbəri Aleksey Kuleba açıqlayıb.
Onun sözlərinə görə, Rusiya tərəfi vilayəti kamikadze-dronlarla atəşə tutur.
Kuleba vilayət sakinlərini həyəcan siqnalı dayandırılana qədər sığınacaqlarda qalmağa çağırıb.