Bakı 15˚C Sunny

Rusiya klubunda yeni baş məşqçi

İdman 13:40 04 yan, 2023
Rusiya klubunda yeni baş məşqçi

Rusiyanın "Krasnodar" komandasının yeni baş məşqçisi açıqlanıb.

Qazet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisi Vladimir İviçə tapşırılıb. Serbiyalı mütəxəssislə 2 illik müqavilə imzalanıb.

46 yaşlı baş məşqçi bu vəzifədə Aleksandr Storojuku əvəzləyib.

Qeyd edək ki, "Qarabağ"ın futbolçusu Kadi Borgesin "Krasnodar"a keçəcəyi gözlənilir. Tərəflər arasında danışıqlar yekunlaşmaq üzrədir.