Rusiya korona ilə bağlı bütün qadağaları ləğv etdi
Gündəm
19:06 01 iyl, 2022
Bu barədə “Rospotrebnadzor” məlumat yayıb

Rusiya koronavirusla bağlı əvvəllər tətbiq etdiyi məhdudiyyətləri dayandırır.
Qazet.az xəbər verir ki, bu barədə “Rospotrebnadzor” məlumat yayıb.
“Epidemioloji prosesin intensivliyinin davamlı azalması ilə əlaqədar “Rospotrebnadzor” əvvəllər tətbiq edilmiş məhdudiyyətləri dayandırır”, - məlumatda qeyd olunub.
Qərarla maska rejimi, iaşə obyektlərində gecə işləmək qadağası və bir sıra digər məhdudiyyətlərə aid edilir.
Qeyd edək ki, son sutkada Rusiyada 3106 nəfər koronavirusa yoluxub, onlardan 1195 nəfəri xəstəxanaya yerləşdirilib.