Bakı 3˚C Mostly sunny

Rusiya Moldovanı işıqsız qoydu

Gündəm 01:09 24 noy, 2022
Rusiya Moldovanı işıqsız qoydu

Rusiya Moldovanı qaranlığa qərq edib.

Qazet.az xəbər verir ki, bunu Moldova Prezidenti Maya Sandu özünün "Twitter" hesabında yazıb.

"Rusiyanın Ukraynadakı müharibəsi insanları öldürür, yaşayış məntəqələrini və enerji infrastrukturunu raketlərlə məhv edir", - o qeyd edib.

Moldovada elektrik enerjisinin bərpa olunacağını vurğulayan Sandu müvafiq qurumların bu istiqamətdə işlərini davam etdirdiyini bildirib.

Moldovanın xarici işlər və Avropaya inteqrasiya naziri Niku Popesku paytaxt Kişinyov da daxil olmaqla bütün ölkədə elektrik enerjisinin kəsildiyini bildirib.

Nazir Rusiya səfirinin Moldova Xarici İşlər Nazirliyinə çağırılacağını qeyd edib.

Ukraynanın “Ukrenerqo” enerji şirkəti Rusiya ordusunun raket hücumları nəticəsində bütün ölkə ərazisində su və elektrik enerjisinin kəsildiyini bildirib.