Rusiya Nulanda viza vermədi
Gündəm
21:00 19 sen, 2021
“Ona viza verilməyib

Rusiya ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müşaviri Viktoriya Nulanda viza verməyib.
Qazet.az xəbər verir ki, bunu Rusiyanın ABŞ-dakı səfiri Anatoliy Antonov Nulandın Moskvaya səfərinin mümkünlüyü ilə bağlı açıqlamasında deyib.
“Ona viza verilməyib”, - Antonov bildirib.
Bir müddət əvvəl "Kommersant" qəzeti mənbələrə istinadən xəbər vermişdi ki, Moskva və Vaşinqton Nulandın gəlişi ilə bağlı razılığa gəlirlər. Mənbə bu səfərin ehtimalının çox yüksək olduğunu bildirmişdi.