Bakı 25˚C Partly sunny

Rusiya “Omikron”a görə yeni məhdudiyyətlərə hazırlaşır

Gündəm 12:12 30 noy, 2021

Operativ qərargah müəyyən qərarlar qəbul edib: “Yəqin ki, qərargah onları elan edəcək"

Rusiya “Omikron”a görə yeni məhdudiyyətlərə hazırlaşır

Rusiya Federasiyası COVID-19 koronavirusunun yeni ştammı “Omikron”la əlaqədar yeni məhdudiyyətləri nəzərdən keçirir.

Qazet.az “RİA Novosti”a istindən xəbər verir ki, bu barədə rusiya xarici işlər nazirinin müavini Yevgeni İvanov bildirib.

Onun sözlərinə görə, operativ qərargah müəyyən qərarlar qəbul edib: “Yəqin ki, qərargah onları elan edəcək”.

Xatırladaq ki, Cənubi Afrikadan yayılan “Omikron” ştammının tərkibində 32 mutasiya var ki, onların çoxu da yüksək ötürücülüyünü və vaksinlərə qarşı müqaviməti ilə seçilir.