Bakı 5˚C Mostly cloudy

Rusiya ordusu Andreyevkanı ələ keçirdi

Gündəm 22:53 30 noy, 2022
Rusiya ordusu Andreyevkanı ələ keçirdi

Rusiya ordusu Donetskin Andreyevka qəsəbəsinə tam nəzarəti ələ keçirib.

Qazet.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi bildirib.

Bundan əlavə, Rusiya qoşunlarının Donetskin Vodiane yaşayış məntəqəsini ələ keçirmək üçün uğurlu hücum əməliyyatlarının davam etdiyi vurğulanıb.

Qeyd edək ki, daha öncə də Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov Donetsk istiqamətində iki yaşayış məntəqəsi - Beloqorovka və Perşe Travnyanın ələ keçirildiyini bəyan etmişdi.