Bakı 6˚C Intermittent clouds

Rusiya ordusu Odessanı raket atəşinə tutdu - Ölənlərin sayı ARTIR

Gündəm 11:21 01 iyl, 2022

Dağıntılar altından 3 uşaq xilas edilib

Rusiya ordusu Odessanı raket atəşinə tutdu - Ölənlərin sayı ARTIR

Rusiya ordusu Ukraynanın Odessa vilayətini raket atəşinə tutub.

Qazet.az xəbər verir ki, raketlərdən biri çoxmərtəbəli yaşayış binasına və istirahət mərkəzinə düşüb.

Raket hücumu nəticəsində 14 nəfər həlak olub. 3-ü uşaq olmaqla 30 nəfərin yaralandığı bildirilir.

Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti dağıntılar altından 3-ü uşaq olmaqla 7 nəfərin xilas edildiyi barədə məlumat yayıb.


Qaynaq