Bakı 6˚C Dreary

Rusiya peyk əleyhinə silahı sınaqdan keçirib

Gündəm 19:42 16 noy, 2021

Bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb

Rusiya peyk əleyhinə silahı sınaqdan keçirib

Rusiya noyabrın 15-də peyk əleyhinə silahını sınaqdan keçirərək öz peyklərindən birini məhv edib.

Qazet.az Ordu.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Peykin məhv edilməsindən sonra yaranan orbital dağıntılar Beynəlxalq Kosmik Stansiyada (BKS) astronavtların sığınacağa gizlənməsinə səbəb olub.

Dövlət Departamentinin mətbuat katibi Ned Prays noyabrın 15-də keçirdiyi mətbuat brifinqində bildirib ki, peykin məhv edilməsi indiyə qədər 1500-dən çox izlənilə bilən və bütün dövlətlərin maraqlarını təhdid edən yüz minlərlə kiçik orbital zibil əmələ gətirib.

“Rusiyanın təhlükəli və məsuliyyətsiz davranışı kosmosun uzunmüddətli davamlılığını təhlükə altına qoyur və Rusiyanın kosmosun silahlaşdırılmasına qarşı çıxmaq iddialarının səmimi və ikiüzlü olduğunu açıq şəkildə nümayiş etdirir”, - deyən Prays Dövlət Departamentinin dəfələrlə peyk əleyhinə sınaqlarla bağlı narahatlıqlarını dilə gətirdiyini bildirib.