Rusiya Podolyakın açıqlamasına şübhə ilə yanaşır
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna prezidentinin Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyakın bəyanatına münasibət bildirib.
Qazet.az xəbər verir ki, Peskov Podolyakın atəşkəs barədə açıqlamasınıb Ukrayna prezidenti Volodimir Zelenskinin mövqeyini ifadə etdiyinə şübhə etdiyini bildirib.
"Podolyakın Ukrayna prezidentinin fikrini ifadə edib-etmədiyini mühakimə etmək bizim üçün çətindir", - Putinin mətbuat katibi deyib.
Xatırladaq ki, bu gün Prezident Vladimir Putin Rusiya müdafiə naziri Sergey Şoyquya Ukraynada bütün cəbhəboyu atəşin dayandırılması barədə göstəriş verib. Milad bayramı ilə əlaqədar elan edilən atəşkəs rejimi yanvarın 6-ı yerli vaxtla saat 12:00-dan yanvarın 7-i saat 00:00-a qədər qüvvədə olacaq. Podolyak Rusiyanın elan etdiyi atəşkəs rejimini ikiüzlülük adlandırıb.