Rusiya “Qara” və “Ağ” dənizlərdə hərbi təlimlər keçirib
Təlimdə 200-dən çox hərbçi iştirak edib.

Rusiya qoşunları Qara dənizdə şərti düşmənin döyüş gəmisinin məhv edilməsini simulyasiya edib və Ağ dənizdə ultrasəs raketinin buraxılması üzrə təlimlər keçirib.
Qazet.az xəbər verir ki, rus qoşunları cümə axşamı Qara və Ağ dənizlərdə hərbi təlimlər icra edib.
“TASS”ın verdiyi məlumata görə, Rusiyanın Qara dəniz donanmasının artilleriya və aviasiyası əvvəlcədən planlaşdırılmış təlim zamanı düşmən gəmisini məhv etmək üçün məşq edib.
Rusiya donanmasının mətbuat xidmətinin məlumatına görə, təlimlərin ssenarisinə əsasən, Qara dənizdə düşmənin hərbi gəmisi və onun heyəti görünüb və məhv edilib.
Təlimdə 200-dən çox hərbçi, dörd Suxoy-30 Osam qırıcısı, iki Suxoy-24M qırıcısı və bir gəmi əleyhinə raket batalyonu iştirak edib.
“TASS”-ın məlumatına görə, Rusiyanın Şimal donanmasının "Admiral Qorşkov" hərbi gəmisi də cümə axşamı uğurla səsdən sürətli raket atıb.
Ağ dənizin sularından atılmış bu raketlə Arxangelsk vilayətində dənizə və təyin olunmuş mövqeyə zərbə endirilib.