Rusiya qaz axınını dayandırdı – ŞOK qiymət artımı
Xəbərlər
16:15 05 sen, 2022
Rusiyanın “Şimal axını 1” boru kəmərinin axınını dayandırması ilə Avropa bazarında təbii qazın qiyməti 35 faiz artıb.
Qazet.az-ın xarici mediaya istinadən məlumatına görə, bu cümə günü keçiriləcək xüsusi iclasda Avropanın energetika nazirləri elektrik enerjisinin qiymətlərinin aşağı salınması, o cümlədən qaz qiymətlərinin məhdudlaşdırılması və enerji törəmələrinin ticarətinin dayandırılması ilə bağlı radikal təklifləri müzakirə edəcəklər.