Bakı 6˚C Intermittent clouds

Rusiya qırıcıları İdlibi bombalayıb - 5 mülki şəxs ölüb, 4-ü yaralanıb

Gündəm 19:28 11 noy, 2021

Rusiyaya aid “Su-34”ün bombalaması nəticəsində 3-ü uşaq olmaqla 5 mülki şəxs ölüb, 4 dinc sakin yaralanıb

Rusiya qırıcıları İdlibi bombalayıb - <span style="color:red">5 mülki şəxs ölüb, 4-ü yaralanıb</span>

Suriyanın İdlib bölgəsini Rusiyaya aid “Su-34”ün bombalaması nəticəsində 3-ü uşaq olmaqla 5 mülki şəxs ölüb, 4 dinc sakin yaralanıb.

Qazet.az “A Haber”ə istinadən xəbər verir ki, Rusiyaya məxsus qırıcılar noyabrın 11-də günorta saatlarında İdlibə hava hücumu edib.

Bildirilib ki, İdlibin mərkəzində yerləşən quşçuluq təsərrüfatına “Su-34”ün etdiyi üç hava hücumu nəticəsində 5 mülki şəxs ölüb, 4-ü yaralanıb.

Qeyd edək ki, 2017-ci il mayın 4-5-də Türkiyə, Rusiya və İranın rəsmi nümayəndələri Qazaxıstanın Astana şəhərində İdliblə bağlı toplantı keçirib. Tədbirin yekununda İdlib və ətrafı “Gərginliyi azaltma bölgəsi” elan edilib. 2018-ci il sentyabrın 17-də Rusiyanın Soçi şəhərində imzalanan razılaşmaya baxmayaraq, Bəşşar Əsəd rejiminə bağlı silahlılar və onu dəstəkləyənlər İdlibə tez-tez hücumlar edirlər.

Mənbə