Bakı 26˚C Mostly sunny

Rusiya qırıcıları Suriyada İŞİD-in mövqelərinə zərbələr endirib

Gündəm 19:51 14 dek, 2021

Rusiya qırıcıları Suriyada İŞİD-in sığınacaqlarını bombalayıb

Rusiya qırıcıları Suriyada İŞİD-in mövqelərinə zərbələr endirib

Rusiya qırıcıları Suriya səhrasının şərq hissəsində İŞİD-in mövqelərini bombalayıb.

Qazet.az Fars xəbər agentliyinə istinadən məlumat verir ki, bu gün  Suriyanın Deyr Əz-Zor və Ər-Rəqqa əyalətlərinin səhra bölgələrində Rusiyanın ordu qüvvələri İŞİD terrorçularının mövqelərinə həmlələr edib.

Xəbər saytları zərbələri “kəskin” adlandırıb və rus qırıcılarının Deyr Əz-Zor əyalətinin qərbində İŞİD terrorçularının gizləndiyi mağaranı hədəfə aldığını bildirib.

Rusiya qırıcıları Deyr Əz-Zorun kənarındakı Əl-Məsrəb bölgəsində səhralara səkkiz hava zərbəsi endirib.

Hücumlar terrorçuların bu yaxınlarda Suriya ordusunun və orada məskunlaşmış fələstinlilərin mövqelərinə həmlədən sonra baş verib. 

Bu hadisə Suriya ordusunun və müttəfiq qüvvələrin hərbi texnikasının Əl-Məsrəb bölgəsinə köçürülməsi ilə eyni vaxtda baş verib.  

Qeyd edək ki, Suriyada İŞİD terror qruplaşmasının məhvindən sonra Homs, Deyr Əz-Zor və Əl-Rəqqa əyalətlərinin səhra bölgələri səssiz terrorçu hücrələrinin əsas fəaliyyət mərkəzləri olub. Onlar arabir Suriya ordusuna və müttəfiq qüvvələrə hücumlar təşkil edirlər.