Rusiya restoranlarında robotlar çalışacaq – FOTO
Gündəm
12:50 18 okt, 2021
Sankt-Peterburq və Permdəki iaşə obyektlərində müştəriləri qarşılayacaq

Rusiya restoranlarında robotlar işə cəlb ediləcək.
Qazet.az xəbər verir ki, yeni “əməkdaşlar” COVID pasportlarının QR-kodlarını yoxlayacaq.
Xüsusi robotlar ilk öncə paytaxt Moskva, Sankt-Peterburq və Permdəki iaşə obyektlərində müştəriləri qarşılayacaq.
Bununla yanaşı, analoji robotların hava limanları, təhsil müəssisələri və digər ictimai obyektlərdə də istifadəsi planlaşdırılır.