Bakı -2˚C Intermittent clouds

Rusiya səfiri erməni xalqına xəyanət etməyəcəyini bildirib

Siyasət 17:01 10 noy, 2021

Bu barədə Rusiyanın Ermənistandakı səfiri Sergey Kupirkin jurnalistlərin sualını cavablandırarkən deyib

Rusiya səfiri erməni xalqına xəyanət etməyəcəyini bildirib

Moskvanın İrəvandakı səfiri erməni xalqını Rusiyanın onlara xəyanət etməyəcəyini inandırıb.

Qazet.az “Fars” Xəbər Agentliyinə istinadən xəbər verir ki, Rusiyanın Ermənistandakı səfiri Sergey Kopirkin jurnalistlərə bildirib ki, Moskva Dağlıq Qarabağ bölgəsində hərbi əməliyyatların dayandırılması üçün atəşkəs razılaşmasına vasitəçilik edir.

Bir il bundan qabaq İkinci Qarabağ müharibəsi 9 noybar 2020-ci il tarixində Azərbaycan Prezidenti İlham Əliyev, Rsuiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyanın imzaladığı üç tərəfli saziş ilə başa çatsa da, İrəvan və Bakı arasında sərhədlərin demarksiyası və yandırılması məsələlərində gərginlik davam edir.

“Təbii ki, var problemlər, var acı hadisələr. Amma münaqişənin potensialını, onilliklər ərzində yığılmış emosional gərginliyi, bir il əvvəl baş vermiş faciəni nəzərə alaraq deyə bilərik ki, bu razılaşmalar ümumilikdə və qan tökülməsinin qarşısını almaq, insanların təhlükəsizliyini təmin etmək məqsədilə həyata keçirilir. Bu vəziyyətin həlli çox vacibdir", - deyə səfir söyləyib.

“Ancaq məqsəd ortaq dil tapmaqdır. Bu o deməkdir ki, burada erməni xalqının narahat olduğu onların maraqlarının rədd edilməsi və satqlınlıq aradan qaldırılıb”, Kopirkin əlavə edib.