Bakı 3˚C Mostly sunny

Rusiya səfiri Moldova Xarici İşlər Nazirliyinə çağırılıb

Gündəm 18:54 23 noy, 2022
Rusiya səfiri Moldova Xarici İşlər Nazirliyinə çağırılıb

Rusiya səfiri Moldova Xarici İşlər Nazirliyinə çağırılıb

Qazet.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Buna səbəb ki, Rusiyanın Ukraynanı növbəti dəfə raket atəşinə tutması nəticəsində Moldovada elektriki enerjisi verilişinin kəsilməsidir.

Qeyd edək ki, bu gün Rusiya Ukrayna ərazisini kütləvi raket hücumuna məruz qoyub. Nəticədə Moldovanın bir hissəsində və Dnestryanı bölgədə elektrik enerjisi kəsilib. Prezident Maya Sandu deyib ki, Rusiya Moldovanı uçuruma aparır: "Bizi qaranlıqda və soyuqda qoyan, insanları qəsdən öldürən bir rejimə etibar edə bilmərik".