Bakı 7˚C Intermittent clouds

Rusiya Suriyadakı S-300-ləri Krıma apardı - FOTO

Xəbərlər 21:37 29 avq, 2022
Rusiya Suriyadakı S-300-ləri Krıma apardı - FOTO

Rusiya Suriyadakı aviabazasında yerləşdirdiyi S-300 zenit-raket komplekslərini Krıma aparıb.

Qazet.az xəbər verir ki, "Reuters" agentliyinin yaydığı məlumata görə, İsrailin "ImageSat İnternational" (ISI) peyk şirkətinin çəkdiyi görüntülər məlumatı təsdiqləyir.

Belə ki, aprel ayında Suriyanın Masyaf şəhərində yerləşdirilən S-300 sistemi daha sonra Tartus limanında gəmiyə yüklənərkən peyk vasitəsilə görüntülənib.

Məlumata görə, S-300 sistemləri Novorossiysk limanına aparılıb. Silah daşıyan mülki gəminin Türkiyənin Çanaqqala boğazından keçdiyi bildirilir.