Bakı 23˚C Windy

Rusiya taxıl ixracını dayandırdı: Bakı üçün təhlükə varmı?

Biznes 14:24 15 mar, 2022

Rusiyanın daxili bazarı qorumaq üçün ixraca qadağa qoyması ərzaq təhlükəsi ilə bağlı müəyyən təhdidlər yaradır

Rusiya taxıl ixracını dayandırdı: Bakı üçün təhlükə varmı?

Azərbaycanın Qazaxıstanla yaxşı münasibətləri olduğunu nəzərə alsaq, gecikmədən bu ölkə ilə əlavə müqavilələr bağlanmalı və ehtiyatlar artırılmalıdır.

Qazet.az xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli bildirib.

“Dünya bazarında taxılın qiyməti kəskin artıb. Azərbaycan Rusiyadan hər il təxminən 800 min tona yaxın taxıl alırdı. Rusiyanın daxili bazarı qorumaq üçün ixraca qadağa qoyması ərzaq təhlükəsi ilə bağlı müəyyən təhdidlər yaradır. Azərbaycanın 280 günə yaxın taxıl ehtiyatı var. Bu, müəyyən qədər daha sərbəst davranmağa imkan verir. Amma Azərbaycan əlavə mənbələr axtarmalıdır. Taxılı Rusiya ilə yanaşı Ukrayna və Qazaxıstandan alırdıq. Ukraynada vəziyyət hər kəsə bəllidir. Hazırda ən optimal variant Qazaxıstandır. Qazaxıstan taxılı daha bahadır. Ancaq alternativ yoxdur”, - ekspert qeyd edib.