Rusiya terrorun qarşısnı aldı
Rusiya Federal Təhlükəsizlik Xidməti Ukrayna xüsusi xidmət orqanlarının Moskva regionunda planlaşdırdığı terror aktının qarşısını alıb.
Qazet.az xəbər verir ki, Moskva regionunda “İqla” zenit raket kompleksindən istifadə etməklə hazırlanan terror aktlarının qarşısı alınıb.
"Ukrayna xüsusi xidmət orqanlarının Moskva regionunda yüksək dəqiqlikli silahlardan istifadə etməklə diversiya və terror aktlarına hazırlığının qarşısı alınıb. 1972-ci il təvəllüdlü Ukrayna vətəndaşı saxlanılıb. Əməliyyat məlumatlarına görə, saxlanılan şəxs Ukrayna Təhlükəsizlik Xidmətinin göstərişi ilə avtomobilin gizli saxlanc yerində terror aktları hazırlamaq üçün Estoniya ərazisindən tranzitlə Kiyevdən Rusiyaya “İqla” daşınan zenit raket kompleksi aparıb. Təqsirləndirilən şəxs əməlindən peşman olub və istintaqla əməkdaşlıq edir”, - deyə FTX-nın məlumatında qeyd olunub.
Bildirilib ki, saxlanılan şəxsdən 2 ədəd “İqla” daşına bilən zenit-raket kompleksi və onun Ukrayna Təhlükəsizlik Xidməti əməkdaşları ilə əlaqələrini təsdiq edən rabitə vasitələri götürülüb.