Bakı 22˚C Thunderstorms

“Rusiya toqquşmaları ört-basdır etməklə altından çıxmaq qərarına gəlir” - Artur Danielyan

Gündəm 17:24 18 okt, 2021

Bunu Ermənistanın “Adekvat” ictimai təşkilatının rəhbəri Artur Danielyan bildirib

“Rusiya toqquşmaları ört-basdır etməklə altından çıxmaq qərarına gəlir” - <span style="color:red">Artur Danielyan</span>

“Vəziyyət çox sadədir: Paşinyandan Azərbaycanın ərazi bütövlüyünü qəbul etməyi tələb edirlər”.

Qazet.az Ordu.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın “Adekvat” ictimai təşkilatının rəhbəri Artur Danielyan bildirib.

Onun sözlərinə görə, status məsələsini bağlamağa ABŞ, hərbi şantaj etməyə isə İran imkan vermir.

“Buna görə də Qarabağda hadisə təşkil etmək qalır, bu, Rusiyanın boğazında qalır, çünki Paşinyan əllərini Qarabağdan çəkib. Rusiya toqquşmaları ört-basdır etməklə altından çıxmaq qərarına gəlir”, - deyə Danielyan qeyd edib.