Rusiya Ukrayna 75 raket atıb
Gündəm
12:12 10 okt, 2022
![Rusiya Ukrayna 75 raket atıb](https://qazet.az/resized/fit900x500/center/pages/111327/1665389418-77-main-v1665388989.jpg)
Səhər saatlarında ruslar Ukrayna ərazisinə 75 raket atıb, onlardan 41-i Ukraynanın hava hücumundan müdafiə sistemlərini vurub.
Qazet.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı bildirib.
"Terrorçu ölkə olan Rusiya Federasiyası hücum PUA-larından istifadə edərək Ukrayna ərazisinə kütləvi raket və hava zərbələri endirir. Səhər saatlarında təcavüzkar 75 raket atıb. Onlardan 41-i zenit müdafiəmiz tərəfindən zərərsizləşdirilib", - deyə o bildirib.