Bakı 16˚C Partly sunny w/ showers

Rusiya Ukraynada 11 km irəlilədi

Gündəm 02:39 12 mar, 2022

Rusiya ordusu hücumu davam etdirir, geniş cəbhədə Novodonetskoye - Novomayorskoye - Yeqorovka xəttinə çatıb.

Rusiya Ukraynada 11 km irəlilədi

“Dxr” “qüvvələri” Rusiya ordusunun dəstəyi ilə hücumu davam etdirərək 8 km irəliləyib. Rusiya Silahlı Qüvvələri isə 11 km irəli gedib.

Qazet.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov deyib.

"Donetsk xalq respublikası”nın “qoşunları” Rusiya Silahlı Qüvvələrinin atəş dəstəyi ilə Novoandreyevka, Kirilovka yaşayış məntəqələrinə çatıb və Blaqodatnoyenin qarşısını kəsiblər. İrəliləmə 8 kilometr təşkil edir.

Rusiya ordusu hücumu davam etdirir, geniş cəbhədə Novodonetskoye - Novomayorskoye - Yeqorovka xəttinə çatıb. İrəliləmə 11 kilometrdir", - deyə sözçü bildirib.