Bakı 6˚C Intermittent clouds

Rusiya Ukraynaya daha 46 hərbçinin cəsədini qaytardı

Gündəm 18:27 28 iyn, 2022

 21 nəfərin cəsədi qaytarılıb

Rusiya Ukraynaya daha 46 hərbçinin cəsədini qaytardı

Rusiya ilə Ukrayna Zaporojye vilayətində həlak olan hərbçilərin meyitlərini dəyişdirib.

Qazet.az Ukranews.com-a istinadən xəbər verir ki, Ukrayna tərəfinə 46 hərbçinin, o cümlədən “Azovstal” zavodunda həlak olan 21 nəfərin cəsədini qaytarıb.
Belə ki, Zaporojye vilayətində həlak olan ukraynalı hərbçilərin cəsədlərinin qaytarılması üçün növbəti əməliyyatın keçirildiyi bildirilir. 
Qeyd edək ki, əməliyyat itkin düşmüş şəxslər üzrə müvəkkil, Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi, Ukrayna Təhlükəsizlik Xidməti, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı və digər hüquq-mühafizə orqanlarının əməkdaşlığı ilə həyata keçirilib.