Rusiya Ukraynaya hərbi müdaxilə etsə, ABŞ Şərqi Avropadakı NATO ölkələrinə əlavə qüvvələr göndərəcək
Gündəm
13:20 12 dek, 2021
Bu cür addımlar təkcə Moskvaya təsir etməyəcək, həm də digər ölkələrin ona münasibətini dəyişəcək

ABŞ prezidenti Co Bayden Rusiyanın Ukraynaya hərbi müdaxiləsi halında Şərqi Avropadakı NATO ölkələrinə əlavə qüvvələr göndərəcək.
Qazet.az xəbər verir ki, bu barədə Ağ Evdən məlumat verilib.
Amerika lideri bunun baş verəcəyi təqdirdə rəsmi Moskvaya qarşı daha sərt iqtisadi sanksiyaların tətbiq ediləcəyi ilə bağlı Rusiya prezidenti Vladmir Putinə aydın mesaj verdiyini bildirib.
C. Bayden əmindir ki, bu cür addımlar təkcə Moskvaya təsir etməyəcək, həm də digər ölkələrin ona münasibətini dəyişəcək.