Rusiya və Belarus səfirləri Nobel mükafatının təqdimetmə mərasiminə dəvət edilməyib
Gündəm
20:48 25 okt, 2022

Nobel Fondu Rusiya və Belarus səfirlərini 2022-ci ildə Stokholmda keçiriləcək Nobel mükafatının təqdimetmə mərasiminə dəvət etməmək qərarına gəlib.
Qazet.az TASS-a istinadən xəbər verir ki, bu barədə fondun press-relizində deyilir.
“Nobel Fondu İsveçdə yerləşən səfirləri dəvət edir, lakin Rusiyanın Ukraynaya müdaxiləsi ilə əlaqədar fond Rusiya və Belarus səfirlərini Stokholmda keçiriləcək Nobel mükafatı mərasiminə dəvət etməmək qərarına gəlib”, - məlumatda deyilir.