Rusiya və Ermənistan XİN başçıları mina xəritələrinin Azərbaycana verilməsi məsələsini müzakirə edib
Eyni zamanda Rusiya tərəfindən BMT Baş Asambleyasının 76-cı sesiyası çərçivəsində Azərbaycan ilə Ermənistan xarici işlər nazirləri arasında Minsk qrupu həmsədrlərinin vasitəçiliyilə keçirilmiş görüşün nəticələrindən məmnunluq da ifadə olunub.

Oktyabrın 1-də Rusiyanın xarici işlər naziri Sergey Lavrovla ermənistanlı həmkarı Ararat Mirzoyan arasında telefon danışığı olub.
Bu barədə qazet.az “Sputnik Armeniya”ya istinadən xəbər verir.
"Cənubi Qafqazda nəqliyyat yollarının və iqtisadi bağlantılarının açılması, qonşu ölkələr arasında etimad tədbirlərinin artırılması və qarşılıqlı faydalı iqtisadi əməkldaşlığın genişləndirilməsi nəticəsində regiondakı vəziyyətin sabitləşməsinə töhfə verəcəyi qeyd olunub. Tərəflər həmçinin regional sabitlik və təhlükəsizlik problemləri, o cümlədən 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il üçtərəfli razılaşmaları barədə fikir mübadiləsi aparıblar. Eyni zamanda minalı ərazilərin xəritələrinin verilməsi, mədəni irs obyektlərinin qorunub saxlanması kimi məsələləri müzakirə ediblər", - məlumatda vurğulanıb.