Rusiya və Fransa XİN başçıları Qarabağı müzakirə edəcək
Siyasət
15:27 10 noy, 2021
Sergey Lavrov və fransalı həmkarı Jan-İv Le Drian Qarabağı müzakirə edəcək
Rusiya xarici işlər naziri Sergey Lavrov və Fransa Xarici işlər naziri Jan-İv Le Drian Qarabağı müzakirə edəcək.
Qazet.az xəbər verir ki, görüş noyabrın 12-də Parisdə Liviya münaqişəsi ilə bağlı beynəlxalq konfrans çərçivəsində baş tutacaq.
Görüşdə Qarabağdakı vəziyyət, ATƏT-in Minsk qrupu çərçivəsində aparılan işlər, regional və beynəlxalq situasiya müzakirə olunacaq.