Bakı -11˚C Rain and snow

Rusiya və Qazaxıstan kəşfiyyatı əməliyyat keçirdi

Gündəm 20:58 04 yan, 2023
Rusiya və Qazaxıstan kəşfiyyatı əməliyyat keçirdi

Yanvarın 3-də Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyi Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) və Daxili İşlər Nazirliyi ilə birlikdə Baykonur şəhərində mütəşəkkil cinayətkar dəstənin zərərsizləşdirilməsi istiqamətində xüsusi əməliyyat keçirib.

Qazet.az xəbər verir ki, bu barədə Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi məlumat yayıb.

Məlumata görə, əməliyyat zamanı Rusiya və Qazaxıstan vətəndaşlarından ibarət cinayətkar dəstə zərərsizləşdirilib.

Bundan başqa, Astana, Qızıl Orda və Konayev şəhərlərində əməliyyatlar keçirilib və cinayətkarlar yaxalanıb.

Ümumilikdə, cinayətkar qruplaşmanın 18 üzvü saxlanılıb. Onlardan odlu silah, pul vəsaitləri götürülüb.