Rusiya Xersondan geri çəkilməyəcək
Gündəm
12:08 26 okt, 2022

Xerson vilayətini heç kim təslim etməyəcək, rus qoşunları oradan çıxmayacaq.
Qazet.az xəbər verir ki, bunu Xerson vilayət administrasiyası rəhbərinin müavini Kirill Stremousov deyib.
“Mən Xerson vilayətinin təslim olacağından, Rusiyanın geri çəkiləcəyindən narahat olan hər kəsi əmin etmək istəyirəm. Biz sizə bir daha xatırladırıq ki, Rusiya öz xalqını tərk etmir, Rusiya bu gün Xerson bölgəsidir”, - Stremousov söyləyib.