Bakı 5˚C Dreary

Rusiya XİN Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətə münasibət bildirib

Gündəm 00:32 17 noy, 2021

Nazirlikdən qeyd edilib ki, Rusiya sərhəddə gərginləşən vəziyyətin sülh yoluna ötürülməsi üçün Azərbaycan və Ermənistanla təmasdadır.

Rusiya XİN Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətə münasibət bildirib

“Biz vəziyyətin tezliklə dinc sahəyə ötürülməsi üçün tərəflərlə əlaqə saxlayırıq”.

Qazet.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyndən bildirilib.

Nazirlikdən qeyd edilib ki, Rusiya sərhəddə gərginləşən vəziyyətin sülh yoluna ötürülməsi üçün Azərbaycan və Ermənistanla təmasdadır.

Daha əvvəl Azərbaycanın Müdafiə Nazirliyi bildirib ki, Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları sahəsində ölkəmizə qarşı genişmiqyaslı təxribat törədib.
Ermənistanın hərbi birləşmələri dövlət sərhədinin bu istiqamətindəki yüksəklikləri ələ keçirmək və hərbi üstünlüyə nail olmaqla daha əlverişli mövqelərə yiyələnmək məqsədilə noyabrın 16-sı saat 11.00 radələrində qəfil hərbi əməliyyata başlayıb.

Genişmiqyaslı təxribat törətməklə qısa müddətli üstünlüyə nail olmaq istəyən Ermənistan hərbi bölmələrinin hücumu əməliyyat-taktiki baxımından tam iflasa uğrayıb və növbəti dəfə rəsmi İrəvanın təxribat törətmək cəhdi uğursuzluqla nəticələnib.