Rusiya XİN başçısı: "Biz müharibə istəmirik"
Gündəm
14:41 28 yan, 2022
Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov jurnalistlərə açıqlamasında deyib

“Biz müharibə istəmirik”.
Qazet.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov jurnalistlərə açıqlamasında deyib.
“Amma maraqlarımızın nəzərə alınmamasına da imkan verməyəcəyik. Əgər bu, Rusiyadan asılıdırsa, savaş olmayacaq. Lakin təhlükəsizlik maraqlarının diqqətdən kənarda qalmasını da istəmirik”, - Rusiya XİN başçısı bildirib.