Rusiya XİN: Diplomatlarımızın ABŞ-dan çıxarılmasına mütləq cavab verəcəyik
Siyasət
19:43 29 noy, 2021
Moskva ABŞ-ın addımlarını cavabsız qoymayacaq
Moskva Rusiya diplomatlarının ABŞ-dan çıxarılmasına mütləq cavab verəcək.
Qazet.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.
“Mütləq cavab verəcəyik. Biz amerikalıları xəbərdar etmişik ki, burada personalın bundan sonra ixtisar olunmasına cavabdeh deyilik”, - rusiyalı diplomat vurğulayıb.
Rusiya XİN başçısının müavini qeyd edib ki, ABŞ tərəfi bu cür praktikadan imtina etməlidir.