Rusiya XİN: "Üçtərəfli razılaşmaların yerinə yetirilməsini əsas götürürük"
Siyasət
19:35 30 sen, 2021
Verilən bəyanatlarının etibarlı zəmanət yaratmasına tam olaraq inanırıq
"Rusiya mövcud üçtərəfli razılaşmalardan irəli gələn vəzifələri yerinə yetirməyi əsas götürür".
Qazet.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat və informasiya departamentinin sədr müavini Aleksey Zaytsev həftəlik brifinqdə bildirib.
O, İkinci Qarabağ müharibəsinin ildönümünə dair suala cavab verərkən qeyd edib: “Münaqişədə həlak olanların yaxınlarının kədərinə tam olaraq şərik çıxırıq. Bu cür faciələrin gələcəkdə bir daha baş verməməsi üçün Azərbaycan, Rusiya, Ermənistan liderlərinin ötən il 10 noyabr və cari ilin 11 yanvar tarixli bəyanatlarının etibarlı zəmanət yaratmasına tam olaraq inanırıq”. /report