Bakı -11˚C Rain and snow

Rusiya yeni təlimlərə başladı - Qarabağ döyüşlərindəki təcrübədən istifadə

Gündəm 15:56 21 sen, 2021

Rusiya hərbi təlimlərdə Qarabağ döyüş təcrübəsindən istifadə edəcək

Rusiya yeni təlimlərə başladı - Qarabağ döyüşlərindəki təcrübədən istifadə

Rusiyanın Orenburq vilayətində, Mərkəz Hərbi Dairəsinin poliqonlarında Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin hərbi kontingentlərinin iştirakı ilə təlimlər başlayıb. 

Qazet.az xəbər verir ki, bu haqda Rusiya KİV-ləri xəbər verir.

 “Dinc missiya-2021” təlimlərində Rusiyanın mühəndis qoşunları Suriya və Dağlıq Qarabağdakı döyüş təcrübəsi əsasında praktiki vəzifələr yerinə yetirəcək. Mərkəz Hərbi Dairəsinin mühəndis qoşunlarının rəisi, general-mayor Dmitri Koruts jurnalistlərə belə deyib.

“Müasir silahlı münaqişələrin, ilk növbədə Suriya və Dağlıq Qarabağdakı münaqişələrin təcrübəsi Mərkəz Hərbi Dairəsinin mühəndis bölmələrinin “Dinc missiya-2021” təlimlərində həyata keçirəcəyi praktiki fəaliyyətlərin əsasını təşkil edəcək. Belə ki, təlimlərin final mərhələsində koalisiya qoşun qruplaşmalarının fəaliyyətinin təmin edilməsi üçün hava və yerüstü mobil dəstələr tətbiq ediləcək”,-general bildirib.

Koruts əlavə edib ki, hava dəstələrinin tərkibində BSM-1 minalama sistemləri ilə təchiz edilmiş Mi-8 nəqliyyat-döyuş təyyarələri də olacaq. Bu vertolyotlar qısa müddət ərzində təyin edilmiş hüdudlara mina döşəyə bilir.

Qeyd edək ki, Rusiya ordusu bundan əvvəl Belarusla birgə keçirilən “Qərb-2021” irimiqyaslı hərbi təlimlərində də Qarabağ döyüşlərinin təcrübəsindən istifadə etmişdi.

Virtualaz.org