Rusiya Zaporojye ilə bağlı BMT-nin iclasını ÇAĞIRDI
Xəbərlər
21:32 22 avq, 2022
Rusiya Zaporojye Atom Elektrik Stansiyasındakı (AES) vəziyyətlə əlaqədar avqustun 23-də BMT Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsi ilə bağlı sorğu göndərib.
Qazet.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski Telegram" kanalında yazıb.
Təşkilatın baş katibi Antonio Quterreşdən iclasda çıxış etməsi xahiş olunub.
“Biz BMT Təhlükəsizlik Şurasının gündəmdəki “beynəlxalq sülh və təhlükəsizliyə təhdidlər” bəndi üzrə təcili iclasının keçirilməsini xahiş etdik”, – deyə o qeyd edib.