Bakı 16˚C Intermittent clouds

Rusiyada 17 nəfərin öldüyü partlayış anı – Video

Gündəm 17:31 23 okt, 2021

Partlayışın texniki prosesin pozulması nəticəsində baş verdiyini açıqlanıb

Rusiyada 17 nəfərin öldüyü partlayış anı – Video

Rusiyanın Ryazan vilayətində sintetik liflər zavodunda baş verən partlayış anının videosu yayılıb.

Qazet.az Axar.az-a istinadən xəbər verir ki, görüntülər müşahidə kameraları tərəfindən qeydə alınıb.

Qeyd edək ki, “Elastik” zavodunda baş verən partlayış və yanğında ümumilikdə 17 nəfər ölüb.

Rusiya hüquq-mühafizə orqanları partlayışın texniki prosesin pozulması nəticəsində baş verdiyini açıqlayıb.