Bakı 27˚C Mostly cloudy

Rusiyada 20 ildir axtarışda olan məmur saxlanıldı

Gündəm 00:33 27 okt, 2021

Yuri Çekin Rusiya Maliyyə Nazirliyinin Xantı-Mansiysk üzrə nəzarət-audit şöbəsinin müdiri olub. 

Rusiyada 20 ildir axtarışda olan məmur saxlanıldı

Rusiyada 20 ildir cinayətə görə axtarılan məmur tutulub.

“Qazet.az” “RİA Novosti”yə istinadən xəbər verir ki, Yuri Çekin adlı şəxs Xantı-Mansiysk Muxtar Dairəsinin prokuroru Yuri Bederinin qətlinin təşkilatçısı və sifarişçisi kimi 20 il axtarışda olub. Rusiya Daxili İşlər Nazirliyi onun yerinin deyilməsinə görə 1 milyon rubl mükafat təyin etmişdi. Çekin oktyabrın 26-da Xantı-Mansiyskdə Kalinin küçəsində pəncərələri qeyri-şəffaf örtüklə örtülmüş çoxmənzilli binada tapılıb. O, istintaq idarəsinə təhvil verilib. 

Qeyd edək ki, Çekin Rusiya Maliyyə Nazirliyinin Xantı-Mansiysk üzrə nəzarət-audit şöbəsinin müdiri olub. O, büdcə vəsaitlərinin mənimsənilməsi ilə bağlı cinayət təqibindən qaçmaq üçün Bederinin qətlini təşkil edib.