Rusiyada 3 tələbə qızı öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb
Araşdırma zamanı məlum olub ki, qızlar Başqırstandan Orenburqa təhsil almaq üçün gəliblər və orada kirayə qalırmışlar.
Rusiyanın Orenburq vilayətinin Qay şəhərində üç tələbə qızı öldürməkdə şübhəli bilinən 30 yaşlı Aleksandr Lazarev Orskda avtomobil oğurlamaq istəyərkən saxlanılıb.
Qazet.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin regional idarəsindən TASS-a bildirilib.
Qeyd edək ki, oktyabrın 1-də Qay şəhərində binada baş verən yanğının söndürülməsi zamanı mənzildən 17, 18 və 19 yaşlarında üç qızın cəsədi tapılıb. Onlardan ikisinin meyiti kirayə qaldıqları mənzildə, üçüncü isə sonradan evin yaxınlığında aşkar olunub.
Araşdırma zamanı məlum olub ki, qızlar Başqırstandan Orenburqa təhsil almaq üçün gəliblər və orada kirayə qalırmışlar.
Cinayət işi Rusiya İstintaq Komitəsinin mərkəzi aparatının nəzarətində olduğu bildirilir.
Xatırladaq ki, A.Lazarev əvvəllər Orsk şəhərində fəaliyyət göstərən “Portağal” barının direktorunun öldürülməsinə və quldurluq maddəsinə görə 9 il 6 ay azadlıqdan məhrum edilib. Lakin vaxtında əvvəl həbsdən çıxıb.