Bakı 10˚C Dreary

Rusiyada barıt zavodunda yanğın baş verib, ölənlər var

Gündəm 00:20 23 okt, 2022
Rusiyada barıt zavodunda yanğın baş verib, ölənlər var

Rusiyanın Perm şəhərində yerləşən barıt zavodunda yanğın baş verib.

Qazet.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bölgənin fövqəladə hallar xidməti yanğın nəticəsində iki nəfərin öldüyünü, bir zərərçəkənə tibbi yardımın göstərildiyini bildirib.

Hadisə plastikdən hazırlanmış binada baş verib. Yanğınsöndürənlərin yanğını 20 kvadratmetr sahədə lokallaşdırdığı bildirilir.

Qeyri-rəsmi məlumatlara görə, dağıntılar altında 4 nəfər qalıb.