Rusiyada COVID-19-a yoluxanların gündəlik sayı azalıb
Gündəm
16:13 22 noy, 2021
Rusiyada son sutkada 35 681 nəfər koronavirusa yoluxub və 1241 nəfər ölüb

Rusiyada son sutkada 35 681 nəfər koronavirusa yoluxub. Bu isə oktyabrın 24-dən sonra ən aşağı göstəricidir.
Qazet.az Rusiyanın Operativ Qərargahına istinadən xəbər verir ki, yoluxanların ümumi sayı 9 366 839 nəfərə yüksəlib.
Bununla yanaşı, ölkədə gün ərzində COVID-19-a yoluxmuş 1 241 nəfər ölüb. Rusiyada koronavirusdan ümumi ölüm sayı 265 336 nəfərə çatıb.
Gün ərzində Rusiyada koronavirusa yoluxmuş daha 28 713 nəfər sağalıb və bu baxımdan ümumi say 8 053 643 nəfərə çatıb.