Bakı 19˚C Sunny

Rusiyada COVID-19-a yoluxma artır - Bir həftəlik tətil elan oluna bilər

Gündəm 19:18 19 okt, 2021

Rusiyada koronavirusa yoluxma kəskin artır

Rusiyada COVID-19-a yoluxma artır - Bir həftəlik tətil elan oluna bilər

Rusiyada koronavirus ilə bağlı vəziyyətin pisləşməsi ilə əlaqədar bir həftəlik tətil elan olunması təklif edilib.

Qazet.az xəbər verir ki, bu təkliflə baş nazirinin müavini Tatyana Qolikova çıxış edib.

O, oktyabrın 30-dan noyabrın 7-nə kimi qeyri-iş günü elan olunmasını təklif edib.

Qeyd edək ki, Rusiyada koronavirusla bağlı vəziyyət gərgin olaraq qalır. Son sutka ərzində koronavirusa 33 mindən çox yoluxma halı qeydə alınıb. Virusdan ölənlərin sayında isə pandemiya dövründə ən maksimum göstərici qeydə alınıb. Belə ki, son sutka ərzində 1015 nəfər koronavirusdan ölüb.

Mənbə