Rusiyada daha bir gəmi YANDI
Gündəm
17:43 04 yan, 2023
Yanvarın 4-də Rusiyanın Murmansk bölgəsində "Şahzadə Arktika" gəmisi yanıb.
Qazet.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin regional idarəsi məlumat verib.
Məlumata görə, yanğın gəminin anbarında başlayıb. İçəridə olan 7 nəfər təxliyə edilib.
Yanğının söndürülməsinə 28 nəfər və 9 texnika cəlb olunub.