Bakı 11˚C Dreary

Rusiyada hərbi təyyarə qəzasının səbəbləri açıqlanıb

Gündəm 21:49 23 okt, 2022
Rusiyada hərbi təyyarə qəzasının səbəbləri açıqlanıb

Su-30 qırıcısının İrkutskda qəzaya uğramasının əsas versiyaları açıqlanıb.

Qazet.az xəbər verir ki, pilotlar qəza anında huşsuz olublar.

İlkin versiyaya görə, buna qırıcının oksigen avadanlığının sıradan çıxması və ya pilot kabinəsində hermetizasiyanın pozulması səbəb ola bilər.

Həmçinin, məlum olub ki, təyyarənin düşdüyü evdə 5 sakin yaşayıb. Lakin insident zamanı onlar evdə olmayıblar.

Hazırda hadisə sonrası yaranan yanğın aradan qaldırılıb.