Rusiyada hərbi təyyarə yaşayış evinin üzərinə düşüb, iki nəfər ölüb - YENİLƏNİB
Rusiyanın İrkutsk vilayətində "Su-30" hərbi təyyarəsi ikimərtəbəli yaşayış evinin üzərinə düşməsi nəticəsində iki pilot həlak olub.
Qazet.az xəbər verir ki, bu barədə TASS Fövqəladə Hallar Nazirliyinə istinadən bildirib.
Məlumata görə, sakinlər arasında itki yoxdur.
Qeyd edək ki, Rusiyanın İrkutsk vilayətində "Su-30" hərbi təyyarəsi ikimərtəbəli yaşayış evinin üzərinə düşüb. Hadisədən sonra başlayan yanğının sahəsi 200 kv.m-ə çatıb.
***
Rusiyanın İrkutsk vilayətində "Su-30" hərbi təyyarəsi ikimərtəbəli yaşayış evinin üzərinə düşüb.
Qazet.az TASS-aistinadən xəbər verir ki, bu barədə İrkutsk vilayətinin qubernatoru İqor Kobzev teleqramda yazıb.
Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, hadisədən sonra başlayan yanğının sahəsi 200 kv.m-ə çatıb.
Hadisə yerində yanğınsöndürmə və xilasedicilər işləyir.
Ölən və xəsarət alanlar barədə məlumat verilmir.