Bakı 18˚C Mostly sunny

Rusiyada istefada olan general-mayor intihar etdi

Hadisə 14:26 29 okt, 2021

Moskva vilayətində general-mayoru Anatoli Belyanin intihar edib

Rusiyada istefada olan general-mayor intihar etdi

Moskva vilayətində Hava Desant Qüvvələrinin istefada olan general-mayoru Anatoli Belyanin intihar edib. Bu barədə REN TV kanalı xəbər verir. 

Mərhumun meyiti onun İvanteevkadakı mənzilində tapılıb. “112” Telegram kanalının yaydığı məlumata görə, Hava Desant Qüvvələrinin Baş Qərargah rəisinin keçmiş birinci müavini şəxsi tapançası ilə özünü güllələyib. 90-cı illərdə general-mayorun adı “Moskovski komsomolets” qəzetinin jurnalisti Dmitri Xolodovun qətli böyük rezonansa səbəb olan cinayət işində şahid qismində çəkilirdi.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları faktla bağlı yoxlama aparır, hadisənin bütün təfərrüatlarını aydınlaşdırır.

Mənbə