Bakı 19˚C Sunny

Rusiyada koronavirusa yoluxanların sayı 8 milyonu keçib

Gündəm 15:15 18 okt, 2021

Rusiyada COVID-19-a yoluxanların sayı 8 027 012 nəfərə çatıb

Rusiyada koronavirusa yoluxanların sayı 8 milyonu keçib

Rusiyada son sutka ərzində daha 34 325 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Qazet.az-ın Rusiyanın Operativ Qərargahına istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 8 027 012 nəfərə çatıb.

Son sutka ərzində 998 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 224 310 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə ABŞ, Böyük Britaniya, Türkiyədən sonra dördüncü yerdə gəlir.