Bakı -1˚C Intermittent clouds

Rusiyada koronavirusa yoluxmada yeni antirekord qeydə alınıb

Gündəm 17:40 30 okt, 2021

Koronavirusdan ölənlərin sayı son sutkada 1 160 nəfər nəfər təşkil edib

Rusiyada koronavirusa yoluxmada yeni antirekord qeydə alınıb

Rusiyada təsdiqlənmiş koronavirusa yoluxma hallarının sayı son sutkada 40 251 vahid artıb ki, bu da pandemiyanın başlanğıcından bəri yeni maksimumdur.

Qazet.az TASS-a istinadən xəbər verir ki, bunu yeni infeksiya ilə mübarizə üzrə federal operativ qərargahın şənbə günü dərc etdiyi məlumatdan görmək olar.

Nisbi ifadədə yoluxanların sayında artım 0,48% təşkil edib. Ümumilikdə, pandemiyanın başlanğıcından bəri, qərargahın məlumatına görə, 8 472 797 nəfər COVID-19-a yoluxub.

Koronavirusdan ölənlərin sayı son sutkada 1 160 nəfər nəfər təşkil edib. Bununla da virusun ölümcül nəticələndiyi halların ümumi sayı 237 380-ə çatıb.